Misirin paytaxtı Qahirənin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə, xəsarət alanların sayı isə 112 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin məlumatında deyilir.
SİTAT: "Misir səhiyyə naziri Xalid Əbdül Qaffar bir neçə sərnişin qatarının vaqonunun aşması nəticəsində xəsarət alanlara yardım göstərilməsinə şəxsən nəzarət edib. Hadisə nəticəsində 64 nəfər xəsarət alıb və hamısı xəstəxanaya yerləşdirilib", - deyə qeyd edilib.
Nazirlik əlavə edib ki, Əbdül Qaffar qəzanın baş verdiyi Giza və qonşu Beni Süef vilayətində tibb müəssisələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB