"Araz-Naxçıvan" xal itirdi, "Zirə"dən QƏLƏBƏ

"Araz-Naxçıvan" xal itirdi, "Zirə"dən QƏLƏBƏ

Misli Premyer Liqasında 11-ci tur davam edir. SİA xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

“Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşün 16:00-da başlaması planlaşdırılsa da, "Araz-Naxçıvan"ın tıxacda qalması səbəbindən oyun saat 16:15-də start götürüb.

Günün digər matçında isə “Zirə” “Qəbələ” ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə