ABŞ prezidenti Donald Trampın Ukrayna böhranına yanaşması münaqişənin tez bir zamanda həllinin çətinliyini vurğulayır.
SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius n-tv-yə istinadən bildirib.
Nazir qeyd edib ki, "Son bir neçə ayın hadisələri Trampın yanaşmasının tez bir zamanda atəşkəsə və ya hətta sülhə gətirib çıxaracağına ümid etməyə əsas vermir".
Pistorius əlavə edib ki, Ukraynanın iştirakı olmadan Rusiya ilə ABŞ arasında potensial razılaşma "həm Kiyev, həm də Avropa üçün qəbuledilməzdir".
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov avropalıların Rusiya ilə kimin adından danışmağa səlahiyyətli olduğuna qərar verə bilmədiklərini bildirib. O, Moskvanın onlar tərəfindən "uzun müddətdir davam edən qətiyyətsizlik və hazırlıqsızlıq" müşahidə etdiyini vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB