"Gənclərimizi milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışlardan çəkinməyə çağırıram" - SOSİOLOQ

"Gənclərimizi milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışlardan çəkinməyə çağırıram" - SOSİOLOQ

"Son onilliklərdə milli-mənəvi dəyərlər sistemində müəyyən aşınma və deqradasiya prosesləri müşahidə olunur. Baş verən bəzi hallar da məhz bu proseslərin nəticəsi kimi qiymətləndirilə bilər".

Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, yad dəyərlərə, bayramlara və adət-ənənələrə istinad edərək bu cür davranışlar nümayiş etdirmək, mənim fikrimcə, Azərbaycan xalqına və Azərbaycan gənclərinə xas olan xüsusiyyətlər deyil.

Təbii ki, başqa xalqların və mədəniyyətlərin nümunələrindən faydalanmaq mümkündür. Lakin mənimsənilən davranış və mədəniyyət nümunələri əxlaqi mahiyyət daşımalı, insana və insanlığa xidmət etməli, müəyyən mənəvi dəyər ifadə etməlidir. Yalnız bu halda həmin dəyərlərin qəbul edilməsini məqsədəuyğun hesab etmək olar.

Bir sosioloq olaraq Azərbaycan gənclərinin bu cür davranışlarını qəbul etmirəm və onlara münasibətim birmənalı şəkildə mənfidir. Gənclərimizi milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışlardan, geyim tərzlərindən, hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırıram".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə