Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda oyun zamanı yaşanan insidentlə əlaqədar “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.
SİA Türkiyə mediasına istinadən bu barədə xəbər verir. Məlumata görə Türkiyə Prezidenti baş verənlərdən narahat olduğunu bildirib.
Qeyd edək ki, Batumidə “Hapoel Beer Şeva” ilə keçirilən matçda “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib. Bundan sonra insident yaşanıb və matç müəyyən yarımçıq dayandırılıb, daha sonra isə bərpa edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB