...Son 10 ay ərzində Rusiya kontingentində 50.000–100.000 şəxsi heyət azalıb. Bu sensasion nəticələr hesablamalara əsaslanır.
SİA-nın əldə etdiyi məlumata görə, Mediazona Rusiya itkilərinin təhlilini dərc edib.
Onların hesablamalarına və ekstrapolyasiya məlumatlarına görə, 2026-cı ilin əvvəlindən bəri Rusiya ordusunun itkiləri həftədə 6.000–8.000 ölüm arasında olub.
Bu, ayda təxminən 30.000 ölümə bərabərdir.
Fərari əsgərlər, yaşa görə tərxis olunanlar, ağır xəsarətlərdən sonra tərxis olunanlar və sağlamlıq səbəblərinə görə tərxis olunanlar da daxil olmaqla, inanıram ki, ayda daha 5.000–10.000 şəxsi heyət əlavə edə bilərik.
…Və burda qeyd edim ki, bunu artıq rusiyalı iqtisadçı Yevgeni İstrebin “Facebook”da yazır.
Onun iddiasına görə,.. nəticədə aylıq azalma 35.000–40.000 şəxsi heyətə çatır.
Cənab Madjar təxminən eyni rəqəmləri qeyd edib. İndi isə Yanis Klugenin ikinci cədvəlinə baxaq. Onun hesablamalarına görə, son 10 ayda hərbi qulluqçuların sayı 297.000 nəfər təşkil edib. Bu, ayda təxminən 30.000 nəfərə bərabərdir.
Beləliklə, 30.000 nəfərlik axın və 35-40.000 nəfərlik azalma var. Nəticədə, 10 ay ərzində ümumi qüvvənin 50-100.000 nəfər azaldıldığı təxmin edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB