...Solomon adaları öz ərazilərində xarici hərbi bazaların yerləşdirilməsinə icazə verməyəcəyinə söz verib.
Bu şərt Solomon adalarının baş naziri Metyu Uayl və Avstraliyanın baş naziri Entoni Albanese tərəfindən imzalanan Avstraliya ilə yeni müqaviləyə daxil edilib.
SİA-nın əldə etdiyi məlumata görə, The Wall Street Journal yazır ki, saziş ABŞ və müttəfiqlərinin Çinin Sakit okeanın cənubunda hərbi forpost yarada biləcəyi ilə bağlı qorxularını azaldır.
Söhbət Avstraliyanın şimal-şərqində yerləşən 800 mindən çox əhalisi olan ada dövlətindən gedir.
Onun ərazisinə minə yaxın ada daxildir. Son illərdə Pekin Sakit okean dövlətləri arasında öz təsirini genişləndirməyə çalışıb ki, bu da Vaşinqton və onun regional müttəfiqlərinin narahatlığına səbəb olub.
Avstraliya regionda mövqelərini gücləndirir...
Yeni müqavilə Kanberranın Çin təsirini məhdudlaşdırmaq üçün daha geniş strategiyasının bir hissəsinə çevrildi.
Son iki ildə Avstraliya digər Sakit okean ada dövlətləri ilə bir neçə oxşar müqavilə imzalayıb.
Qeyd edək ki, Avstraliya ABŞ-ın müttəfiqidir və onun diplomatik səyləri Çinin bölgədəki hərbi mövcudluğunun güclənməsinin qarşısını almağa yönəlib.
Solomon Adaları, hansı dövlətin belə bir mövcudluq iddia etməsindən asılı olmayaraq, öz ərazilərini xarici hərbi bazalar üçün verməməyi öhdəsinə götürüb.
Müqavilə təkcə Pekinin potensial planlarına deyil, həm də arxipelaqdakı digər xarici dövlətlərin hərbi mövcudluğuna təsir göstərir....
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB