“Naxçıvandan Şuşaya uzanan dövlətçilik və Zəfər yolu” mövzusunda konfrans keçirilib

“Naxçıvandan Şuşaya uzanan dövlətçilik və Zəfər yolu” mövzusunda konfrans keçirilib

2026-cı il “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü il dönümü ilə bağlı “Naxçıvandan Şuşaya uzanan dövlətçilik və Zəfər yolu” mövzusunda konfrans keçirilmişdir.

Konfransdan Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub

Konfransda ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Badam Hüseynova,Qubadlı rayon İcra Hakimiyyətinin başçısnın müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının, ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, partiya fəalları və Şəhid ailəsi üzvləri,Müharibə veteranları iştirak etdi.

Konfransda məruzə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyasının 34 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edib: “YAP öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı”. Bu şanlı tarixin əsasında şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı dayannır.Biz onlara həmişə borcluyuq,əziz xatirləri isə qəlbizimdə daim yaşayacaqdır

Təhmasib Rüstəmov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünü qeyd etdiyimiz bir vaxtda Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultaydakı çıxışına xüsusi diqqət yetirmək olduqca vacibdir. Həmin qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması ilə xüsusi tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı yalnız partiyanın gələcək fəaliyyət istiqamətlərini deyil, bütövlükdə Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran strateji vəzifələri müəyyənləşdirən proqram xarakterli nitq kimi yadda qaldı. Prezident İlham Əliyevin çıxışından irəli gələn mühüm vəzifələrdən biri də ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Bu istiqamətdə partiya təşkilatlarının fəaliyyəti yalnız tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalı, cəmiyyətlə davamlı ünsiyyətə, maarifləndirməyə, milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsinə əsaslanmalıdır

Konfransda çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 34 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.

Digər çıxış edənlər bildirdilər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib”.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanlar və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə