Türkiyənin “Oruç Reis” gəmisi Pakistanda seysmik tədqiqatlara başlayır

Türkiyənin “Oruç Reis” gəmisi Pakistanda seysmik tədqiqatlara başlayır

Türkiyənin “Oruç Reis” gəmisi Pakistanda iki ay ərzində 670 kvadratkilometrlik ərazidə üçölçülü seysmik məlumatlar toplayacaq.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, nəticələrə əsasən, gələn il müəyyən edilmiş sahələrdə qazma işlərinə başlanması planlaşdırılır.

Türkiyə və Pakistanın enerji şirkətləri artıq beş blokda — üçü dənizdə, ikisi quruda — fəaliyyətə başlayıblar. Tərəflər mədənçilik sahəsində də əməkdaşlıq edəcək: Türkiyə şirkəti Pakistanda iki mis-qızıl və bir sürmə sahəsində kəşfiyyat aparacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə