Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.
Bu barədə SİA-ya Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Ərazidə vəziyyətin dinamikası izlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB