“Cənubi Qafqazda nəqliyyat xətləri və yaşıl enerji əməkdaşlığı genişlənir” - ŞƏRH
”Azərbaycan–Türkiyə münasibətləri strateji müttəfiqlik çərçivəsindən çıxaraq regional və qlobal əhəmiyyət daşıyan məsələlər üzrə koordinasiyalı əməkdaşlıq modelinə çevrilib”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, COP31 iqlim konfransı fonunda iki ölkənin qarşılıqlı fəaliyyəti enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyata keçid və dayanıqlı inkişaf baxımından yeni imkanlar yaradır:
”Azərbaycanın COP29-a ev sahibliyi etməsi nəticəsində qazandığı diplomatik və təşkilati təcrübə Türkiyənin COP31 çərçivəsində irəli sürdüyü təşəbbüslərlə birləşərək beynəlxalq iqlim diplomatiyasında əməkdaşlıq imkanlarını genişləndirir. Bu proses həm də Bakı və Ankaranın ənənəvi enerji tərəfdaşlığını bərpaolunan enerji, yaşıl texnologiyalar və ekoloji təhlükəsizlik istiqamətlərində inkişaf etdirməsi üçün əlverişli zəmin formalaşdırır.
Digər tərəfdən, COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsi Azərbaycan–Türkiyə müttəfiqliyinin beynəlxalq müstəvidə yeni istiqamətlər üzrə inkişafı baxımından əhəmiyyətlidir. Türkiyənin COP31 sədrliyi iki ölkənin iqlim gündəliyində ortaq maraqlarını daha da aktuallaşdırır. Xüsusilə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və yaşıl enerji ixracı perspektivləri bu əməkdaşlığın regional ölçüsünü gücləndirir. Şuşa Bəyannaməsi ilə təsbit edilmiş müttəfiqlik münasibətləri artıq yalnız hərbi-siyasi və təhlükəsizlik sahələrini deyil, iqtisadi, ekoloji və texnoloji əməkdaşlığı da əhatə edir. Bu baxımdan COP31 Azərbaycan və Türkiyənin regional inteqrasiya təşəbbüslərini qlobal dayanıqlı inkişaf gündəliyi ilə əlaqələndirməsi üçün mühüm diplomatik platformadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB