Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə yenidən hücum etdiyini açıqlayıb.
SİA xarici xəbər saytına istinadən xəbər verir ki, Aksyonov Ukrayna ordusunun Krım körpüsünə növbəti dəfə hücum etdiyini bildirərək deyib: “Bütün aidiyyəti qurumlar öz vəzifələrinin icrasına başlayıb. Dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır”.
Həftənin əvvəlində Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyi və körpünün zərər gördüyü barədə məlumat yayılmışdı.
Rusiya İstintaq Komitəsi hadisəni “terror aktı” kimi qiymətləndirərək araşdırmaya başlamışdı.
Rusiyanın Baş nazirinin müavini Marat Xusnullin körpüdəki vəziyyətlə bağlı Prezident Vladimir Putinə məlumat vermişdi.
Ukrayna ordusu 2022 və 2023-cü illərdə də Krım körpüsünə hücumlar həyata keçirib.
Rusiyanın 2014-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krımı Rusiya ərazisi ilə birləşdirən və “Kerç körpüsü” kimi də tanınan bu nəqliyyat infrastrukturu strateji əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB