Fransa rəsmi olaraq, hərbçilərinin Ukraynada olduğunu təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo bildirib. Nazir bildirib ki, Fransa hərbçiləri Ukraynada hərbi texnikaya texniki xidmət göstərir və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlayır.
Onun sözlərinə görə, Ukraynada Fransanın səfirliyi nəzdində müdafiə məsələləri üzrə missiya fəaliyyət göstərir. Həmin missiyanın tərkibində bir neçə hərbçi və ekspert, o cümlədən hərbi mühəndislər var. Onlar vaxtaşırı Ukraynaya səfər edərək “Mirage” qırıcıları və “Caesar” özüyeriyən artilleriya qurğuları kimi mürəkkəb texnikalara texniki xidmət göstərir, həmçinin müəyyən hərbi avadanlıqlardan istifadə üzrə təlimlər keçirirlər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB