“Qarabağ”ın əvəzedici komandası Qazaxıstan klubuna uduzub

“Qarabağ”ın əvəzedici komandası Qazaxıstan klubuna uduzub

“Qarabağ”ın əvəzedici komandası yoxlama matçında məğlub olub. SİA xəbər verir ki, Maksim Medvedevin rəhbərlik etdiyi komanda “Akas”ın U-19 kollektivi ilə qarşılaşıb. Görüş Qazaxıstan təmsilçisinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ-2” Əvəzedicilər Liqasında 8 turdan sonra 21 xalla 2-ci pillədə qərarlaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə