UEFA FİFA prezidentliyinə namizədini açıqladı

UEFA FİFA prezidentliyinə namizədini açıqladı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonun FİFA prezidenti seçkilərində namizədliyini irəli sürüb. SİA xəbər verir ki, bu barədə Avropa təşkilatının mətbuat xidməti məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin iclasında milli assosiasiyalar namizəd olmaq təklifini qəbul edən 63 yaşlı Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər.

FİFA rəhbərinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı Prezidenti Canni İnfantino daha əvvəl yeni müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FİFA-ya rəhbərlik edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə