Yəməndə 173 Husi yaraqlısı öldürülüb - AÇIQLAMA

Yəməndə 173 Husi yaraqlısı öldürülüb - AÇIQLAMA

"Yəmən Şəfəqi" adlı əməliyyatlar zamanı "Ənsar Allah" hərəkatının (husilər) 173 səhra komandiri və yaraqlısı öldürülüb və ya yaralanıb.

SİA "Report"-a istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi polkovnik Məcid Abdulla ən-Nüzeyli "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, hökumət qüvvələri xalq müqavimətinin dəstəyi ilə bütün cəbhələrdə döyüş əməliyyatlarını davam etdirir. "Son saatlar ərzində silahlı qüvvələrimiz zərbələrin endirilməsi üzrə 661 əməliyyat, o cümlədən 15 aviazərbə, 526 artilleriya atəşi, pilotsuz uçuş aparatları ilə 53 və reaktiv yaylım atəşi sistemləri ilə 67 əməliyyat həyata keçirib", - o qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə