Müasir şəhər həyatımızda artıq sürətli və ayaqüstü qidalanma tərzi günbəgün artır. Bu qidalar arasında dadı, əlçatanlığı, doyurucu olması baxımından dönər ilk sıralardadır”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə,Amma dönərin kütləvi şəkildə istehlak edilməsi onun keyfiyyəti, hazırlanma texnologiyası, mikrobioloji təhlükəsizliyi, insan orqanizminə uzunmüddətli təsirləri məsələsini ön plana çıxarır:
Dönərə əlavə edilən mayonez əsaslı souslar, ketçuplar, duzlu turşular qidanın kalori dəyərini artırır. Xüsusilə hazır mayonezlər trans yağlar və emulqatorlarla zəngindir. Bundan başqa ətin marinadlaşdırılması zamanı istifadə olunan duz, ədviyyat qarışıqları gündəlik duz tələbatının böyük bir hissəsini tək bir porsiya ilə qarşılayır. Yüksək duz istehlakı arterial təzyiqin qalxmasına və böyrəklərə əlavə yükün düşməsinə səbəb olur.
Dönərin ağ çörək, lavaş, kartof fri ilə birlikdə servis olunması qlisemik indeksi yüksəldir. Mütəmadi olaraq bu formada qidalanma piylənmə riskini artırır. Dönər ən həssas məhsullar qrupuna daxildir. Çünki çiy ətin şişdə uzun saatlar ərzində saxlanması və istilik qarşısında tədricən bişirilməsi mikrobioloji nəzarətin düzgün təşkil olunmasını tələb edir.
Düzgün olmayan temperatur aralığı bakteriyaların ən sürətlə çoxaldığı zona hesab olunur. Çiy ət şişə taxıldıqdan sonra istilik aparatının qarşısına qoyulur. Əgər aparatın istiliyi kifayət qədər yüksək deyilsə, ya ət çox qalın vurulubsa, ətin iç qatları uzun müddət bu təhlükəli zonada qalır. Patogen mikroorqanizmlər həndəsi silsilə ilə çoxalmağa başlayır. Dönər əti istiliyə çox yaxın olduqda, açıq alovla birbaşa təmasda olduqda ətin səthində qaralmalar və yanmalar əmələ gəlir. Beləcə kanserogen maddə əmələ gəlmə riski yaranır. Bu səbəbdən yanmış ət hissəciklərinin kəsilib təmizlənməsi çox vacibdir.
Dönər hazırlanan sahədə ən böyük risklərdən biri çarpaz çirklənmədir. Çiy ətə toxunan bıçaq, lövhə, ya da ustanın əli yaxşı dezinfeksiya olunmadan hazır tərəvəzlərə, çörəyə dəyərsə, çiy ətdəki bakteriyalar birbaşa hazır qidaya keçir. Tərəvəzlər termiki emaldan keçmədiyi üçün bu bakteriyalar canlı qalır və zəhərlənməyə səbəb olur. Həmçinin dönərin keyfiyyəti birbaşa istifadə olunan ətin mənşəyindən asılıdır. Mənşəyi məlum olmayan, baytar nəzarətindən keçməyən ətlərin istifadəsi kütləvi zəhərlənmələrlə yanaşı heyvandan insana keçən xəstəliklərin yayılmasına da səbəb ola bilər. Bəzi hallarda ətin rəngini yaxşı saxlamaq, saxlanma müddətini uzatmaq və mikrobioloji korlanmanın qarşısını almaq üçün qanunsuz olaraq həddindən artıq konservantlar, rəngləyicilər istifadə olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək
İqtisadiyyat 14:40Aİ Şurası Ukraynaya 8 milyard avro ayırıb
Dünya 14:38"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
İqtisadiyyat 14:37Xəzərin Azərbaycan sahilboyu ərazilərindəki idarəetmə ƏMDX-ya həvalə olunub
İqtisadiyyat 14:36Elin sözü qocalmır… -KÖŞƏ
Sosial 14:10Tehrandan ABŞ-a sərt və güclü hədə - MEDİA
Dünya 13:57Yeniyetmələrdə skolioz niyə yaranır? - HƏKİM DANIŞDI
Sosial 13:53Sabah hava yağmursuz olacaq
Hadisə 13:06Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:54Dövlət borcunun idarə olunması üzrə yeni strategiya hazırlanmalıdır
İqtisadiyyat 12:53“Özəl sektorun investisiya imkanları genişləndirilir” - Mikayıl Cabbarov
İqtisadiyyat 12:47“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir” - NAZİR
İqtisadiyyat 12:13Gələn il təhsil və elm xərclərinə 5,4 mlrd. manat vəsait ayrılacaq
İqtisadiyyat 11:56Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
İqtisadiyyat 11:52Dövlət Neft Fondundan transfert 935 milyon manat azaldılacaq - Nazir
İqtisadiyyat 11:51Büdcə intizamı əlverişli iqtisadi şəraitdə qorunmalıdır - Azər Əmiraslanov
İqtisadiyyat 11:33Ermənistan avropalı olacaqmı? - RAKURS
Siyasət 11:19Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə 11:04Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:00Bakıda ilk Milli Məşğulluq Forumu keçirilir
Sosial 10:26Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Sosial 10:26Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb
Hadisə 10:07Bakıda avtobus piyadanı vuraraq öldürüb
Hadisə 09:44Hörmüz boğazında daha bir tanker minaya düşüb
Dünya 04:06Məşhur model ölən oğlunun evini 6 milyon manata satışa çıxarıb
Şou-Biznes 01:23"Bu, millidə son oyunum olacaq"
İdman 01:03Rusiya xaricdən avtomobil gətirənlər üçün qaydaları sərtləşdirdi
Sosial 15 Noyabr 23:22Özəl xəbərlər
Digər xəbərlərAİ Şurası Ukraynaya 8 milyard avro ayırıb
Dünya 14:38Elin sözü qocalmır… -KÖŞƏ
Sosial 14:10Yeniyetmələrdə skolioz niyə yaranır? - HƏKİM DANIŞDI
Sosial 13:53
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8731
-0,40%
-
GBP
2,2453
-0,19%
-
RUB
2,0649
+0,67%



