“Büdcə gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 faizi ötüb” - Nazir
Azərbaycan iqtisadiyyatında qeyri-neft-qaz sektorunun rolu artmaqda davam edir. Cari ilin 10 ayında ümumi daxili məhsulun artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı isə 2021-ci ildə 49 faiz olduğu halda, cari ilin 10 ayında 55 faizi ötüb.
Nazir qeyd edib ki, dövlət büdcəsinin qeyri-neft-qaz daxilolmaları 2021-ci ildə 12,9 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq olunmuş büdcəsində bu göstərici 22,2 milyard manata yüksəlib.
M.Cabbarov vurğulayıb ki, büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır.
Onun sözlərinə görə, bu göstəricilər ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının ardıcıl şəkildə azaldığını və qeyri-neft-qaz sektorunun iqtisadi inkişafda rolunun gücləndiyini nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB