“Bu il ilk dəfə olaraq Azərbaycanda İstedadlar Sərgisi təşkil olunur” - HASİL ABBASOV
“Milli Məşğulluq Forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ təşəbbüslər, dayanıqlı məşğulluq, süni intellektin əmək bazarına təsiri, eləcə də peşə seçimi və karyera istiqamətində düzgün yanaşma kimi aktual məsələləri əhatə etməkdir”.
SİA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov jurnalistlərə açıqlamasında bildirib.
“Yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə keçirilən panellərdə aktual suallara və çağırışlara cavab tapmağa, eyni zamanda gələcək əmək bazarının inkişaf istiqamətlərinə işıq tutmağa çalışırıq.
Məşğulluq həftəmiz davam edir. Mayın 18-də Gələcək Peşələr Sammiti, mayın 19-da isə Dövlət-Biznes Məşğulluq Forumu keçiriləcək.
Əlavə olaraq qeyd edim ki, bu il ilk dəfə olaraq Azərbaycanda İstedadlar Sərgisi də təşkil olunur. Sərginin final mərhələsi sabah keçiriləcək. İştirakınıza görə hər birinizə təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB