“Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin prioritetidir” - CAVİD QURBANOV
Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə qəbul edilmiş Rəqəmsal İnkişaf Konsepsiyası, 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası, eləcə də rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün fəaliyyət planı mühüm strateji çərçivə formalaşdırır.
Nazir müavini qeyd edib ki, əsas vəzifələrdən biri müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır. Bu məqsədlə təhsil təşəbbüsləri vasitəsilə minlərlə gəncin informasiya texnologiyaları sahəsində bilik və praktiki bacarıqlar əldə etməsinə dəstək göstərilir.
O vurğulayıb ki, Azərbaycanın hədəfi yalnız yeni texnologiyaların istehlakçısı olmaq deyil, həm də rəqəmsal məhsul və xidmətlər yaradan, beynəlxalq bazarda rəqabət aparan ölkə kimi inkişaf etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB