Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub

Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası ölkənin şərq bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Səudiyyə Ərəbistanının şərq bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib”, – ilkin açıqlamada bildirilib.

Daha sonra koalisiya eyni bölgədə ikinci pilotsuz uçuş aparatının da vurulduğunu açıqlayıb.

PUA-ların haradan buraxıldığı, hansı istiqamətdə hərəkət etdiyi və mümkün hədəfləri barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com