Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - RƏSMİ

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - RƏSMİ

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə SİA-ya Müdafə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısının alınması hədəflənir.

Gənc əsgərlərin valideynlərindən və bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmaq, tətbiq olunan məhdudiyyəti anlayışla qarşılamaq və əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməmək xahiş olunur.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə