MOSSAD rəhbəri ABŞ-a gedib - gizli səfər...

MOSSAD rəhbəri ABŞ-a gedib - gizli səfər...

MOSSAD rəhbəri Roman Qofman İranla qarşıdurma ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Vaşinqtona səfər edib. Bu barədə “Axios” nəşri üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Qofman Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşüb. Həmçinin onun Ağ Evin nümayəndəsi Stiv Vitkoffla görüşmək üçün Mayamiyə səfər etməsi gözlənilir.

Səfərlə bağlı MOSSAD, MKİ və Ağ Ev şərh verməkdən imtina ediblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə