Minimal invaziv ürək cərrahiyyəsində: sadəcə kiçik kəsik deyil, böyük fayda əsas hədəfimiz olmalıdır!

Minimal invaziv ürək cərrahiyyəsində: sadəcə kiçik kəsik deyil, böyük fayda əsas hədəfimiz olmalıdır!

DGK TXİ Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov: “Koronar şuntlamada istifadə olunacaq damarların hazırlanması zamanı yalnız dəridəki kəsiyin ölçüsü deyil, çıxarılan damarın endotelinin qorunması, termal və mexaniki zədələnmənin minimuma endirilməsi, damar keyfiyyətinin və uzunmüddətli açıqlığının təmin olunması əsas prioritetlərimiz olmalıdır.” https://youtu.be/Ie38Bo2td5Y

Müasir ürək-damar cərrahiyyəsində minimal invaziv üsulların tətbiqi getdikcə genişlənir. Koronar şuntlama əməliyyatlarında istifadə olunan safen venanın və radial arteriyanın minimal invaziv, xüsusilə endoskopik üsulla çıxarılması da bu inkişafın mühüm istiqamətlərindən biridir.

Lakin burada unutmamalı olduğumuz çox vacib bir prinsip var: Minimal invaziv cərrahiyyənin məqsədi sadəcə kəsiyi kiçiltmək deyil, xəstəyə verilən cərrahi faydanı azaltmadan əməliyyatın travmasını minimuma endirməkdir.

Avropa və Amerika elmi ədəbiyyatında da göstərildiyi kimi, minimal invaziv yanaşmanın nəticələri seçilmiş texnikadan, cərrahın təcrübəsindən, xəstə seçimindən və prosedurun keyfiyyətindən ciddi şəkildə asılıdır. Kiçik kəsik hər zaman daha təhlükəsiz və daha effektiv əməliyyat demək deyil.

Xüsusilə koronar şuntlamada istifadə olunacaq damarların hazırlanması zamanı yalnız dəridəki kəsiyin ölçüsü deyil, çıxarılan damarın endotelinin qorunması, termal və mexaniki zədələnmənin minimuma endirilməsi, damar keyfiyyətinin və uzunmüddətli açıqlığının təmin olunması əsas prioritetlərimiz olmalıdır. Bizim üçün innovasiya sadəcə yeni texnologiyanın tətbiqi deyil. İnnovasiya həmin texnologiyanın xəstəyə real, ölçülə bilən və uzunmüddətli fayda verməsidir.

DGK TXİ Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov Bu prinsipləri rəhbər tutaraq ölkəmizdə və Mərkəzi Gömrük Hospitalında müasir cərrahi texnologiyaların tətbiqi, təhlükəsizliyinin artırılması və beynəlxalq standartlara uyğun inkişafı istiqamətində davamlı çalışırıq.

Bu gün təqdim etdiyimiz nümunə də həmin yanaşmanın bir hissəsidir: koronar şuntlama üçün istifadə edilən damarların minimal invaziv üsulla hazırlanması və çıxarılması. Çünki uğurlu cərrahiyyənin ölçüsü kəsiyin kiçikliyi deyil, xəstəyə qazandırdığımız sağlamlığın keyfiyyəti və davamlılığıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə