"Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı" mövzusunda Elmi-praktiki simpozium həyata keçiriləcək

"Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı" mövzusunda Elmi-praktiki simpozium həyata keçiriləcək

27 noyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı" mövzusunda Elmi-praktiki simpozium həyata keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev Elmi-praktiki simpoziumun “Müalicə strategiyaları: Qərar qəbul etmə vaxtı” mövzusunda II panelində “LDL-C hədəflərinə çatmaqda maneələri necə aradan qaldırmaq olar? Erkən terapiyanın faydaları” mövzusunda çıxış edəcək.
Xatırladaq ki, Elmi Simpozium əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant şəkildə isə ZOOM platformasından canlı yayımlanacaq. Simpoziumda dislipidemiyanın diaqnostikası, risk qruplarının qiymətləndirilməsi və farmakoterapevtik yanaşmalara həsr edilmiş məruzələr dinləniləcək. Tədbir panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Simpozium proqrama uyğun olaraq kardioloq, kardiocərrah, laborant, terapevt, endokrinoloq, revmatoloq ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Proqramı tamamlayan hər bir iştirakçıya müvafiq olaraq 4 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Simpozumda iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
Qeydiyyat linki: https://forms.gle/3WUs3CfPJJMdLGYq7

Bütün xəbərlər Facebook səhifəmizdə