Ermənistanda TRIPP qanunu qüvvəyə mindi - QƏRAR

Ermənistanda TRIPP qanunu qüvvəyə mindi - QƏRAR

Noyabrın 10-da Prezident Vaaqn Xaçatryan Ermənistan Respublikası ilə ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" Layihəsi (TRIPP) üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini təsdiqləyən qanunu imzalayıb. SİA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti 63 lehinə, 32 əleyhinə olmaqla, Ermənistan və ABŞ arasında imzalanmış "Tramp Yolu" (TRIPP) strateji infrastruktur və tranzit müqaviləsinin ratifikasiyasını təsdiqləyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə