“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istilik enerjisinin istehsalı, paylanması və istehlakçılara çatdırılması üzrə müvafiq subyektlərin konkret öhdəlikləri mövcuddur.
Bu sözləri SİA-ya vəkil Səma Əhmədova deyib.
O bildirib ki, əgər gecikmə istilik istehsalı və ya paylanması ilə bağlıdırsa, məsuliyyət müvafiq olaraq istilik enerjisi istehsalçısının və ya paylayıcısının üzərinə düşə bilər:
“Problem binanın daxili istilik sistemindəki nasazlıqdan qaynaqlanırsa, həmin sistemin saxlanılması və istismarı üzrə məsul tərəf müəyyən edilməlidir. Burada əsas məsələ məsuliyyətin ümumi şəkildə bir qurumun üzərinə qoyulması deyil, gecikmənin konkret səbəbinin müəyyən edilməsidir. Heç bir qurum öz məsuliyyət zonasına aid olan öhdəliklərin icrasından yayınmaq üçün digər tərəfin məsuliyyətinə istinad edə bilməz.
İstilik təminatı gecikdirildikdə sakinlər istilik təchizatı müəssisəsinə yazılı müraciət edərək gecikmənin səbəbini və aradan qaldırılması müddətini tələb edə, nəticə əldə edilmədikdə isə aidiyyəti tənzimləyici quruma şikayət edə bilərlər.
Vətəndaşın istiliklə təmin olunması kommunal xidmət göstərən qurumun qanunla və müqavilə ilə müəyyən edilmiş öhdəliyidir. Bu öhdəliyin icra edilməməsi isə hüquqi məsuliyyət məsələsini gündəmə gətirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB