İspaniya hökuməti uşaq istismarı ilə bağlı məzmuna görə TikTok-a qarşı tədbir görüb
İspaniyada TikTok platformasında uşaq istismarı ilə bağlı məzmunun yayılması ilə əlaqədar hüquqi tədbirlərə başlanılıb. Araşdırma nəticəsində milyonlarla dəfə izlənildiyi bildirilən 1 183 qanunsuz paylaşım aşkarlanıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın fakt yoxlama təşkilatı Maldita.es tərəfindən yayımlanan araşdırmadan sonra hökumət TikTok-a qarşı hərəkətə keçib.
Bildirilib ki, hökumət qanunsuz məzmun tamamilə silinənədək platformanın ölkədə fəaliyyətinin dayandırılmasını tələb edib.
İspaniyanın Gənclər və Uşaq naziri Sira Reqo məsələ ilə bağlı prokurorluğa və Məlumatların Mühafizəsi Agentliyinə müraciət edildiyini açıqlayıb. O, sosial media platformalarının hüquqi məsuliyyət daşımalı olduğunu vurğulayaraq bildirib:
“Sosial media qanunsuz bir məkan ola bilməz”.
Qeyd edək ki, məsələ ilə bağlı TikTok-a qarşı müvafiq hüquqi prosedurların başlanması tələb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB