Qubada 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

Qubada 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

Quba rayonunun İkinci Nügədi kəndində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə