Türkiyə ordusu İraqdan çıxır - QƏRAR

Türkiyə ordusu İraqdan çıxır - QƏRAR

Türkiyə 2026-cı ilin noyabrında başladığı hərbi qüvvələrin İraqın Başika bölgəsindəki Zilkan hərbi bazasından mərhələli çıxarılması prosesini ilin sonunadək başa çatdıracaq. Bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Sabah ən-Numan "Iraqi News Agency"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin çıxarılmasından sonra hərbi obyekt 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək.

Nümayəndə bildirib ki, İraq-Türkiyə Birgə Təhlükəsizlik Komitəsi hərbi bazanın təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı işlərə başlayıb. Razılaşmalar Türkiyə qoşunlarının mərhələli çıxarılmasını, İraq dövlətinin Sincar üzərində nəzarətinin gücləndirilməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və iqtisadi əlaqələrin inkişafını nəzərdə tutur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə