Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səfərlərin sayının artması bölgələrdə yol-nəqliyyat hadisələrinin çoxalmasına da səbəb olub.
SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, qeydə alınan qəzalar əsasən toqquşma, aşma və maneəyə vurma halları ilə bağlıdır. Hadisələrin baş verməsinin əsas səbəbləri arasında sürücülərin getdikləri yola bələd olmaması, mürəkkəb relyefli ərazilərdə idarəetmə təcrübəsinin kifayət qədər olmaması, yorğun və yuxusuz halda sükan arxasına keçməsi, əlverişsiz hava şəraitini, sutkanın qaranlıq vaxtını və məhdud görünmə şəraitini nəzərə almaması, eləcə də texniki cəhətdən nasaz avtomobillərdən istifadə etməsi göstərilib.
Qeyd olunub ki, son illər səfərlər zamanı kirayə avtomobillərdən istifadəyə üstünlük verilməsi də bəzi hallarda təhlükəsizlik baxımından risklər yaradır. Belə ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinin və ya xidmətindən istifadə olunan sürücülərin peşəkarlıq səviyyəsinin lazımi qaydada qiymətləndirilməməsi ciddi fəsadlara yol aça bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB