Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu.
SİA xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
-Mən əziz xalqımı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.
Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı nəticəsində biz erməni işğalına son qoya bildik. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq.
Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Ermənistan işğal edilmiş ərazilərdə bir neçə istehkam qurmuşdur. Bəzi yerlərdə 6-7 müdafiə xətti qurulmuşdu. Bütün yerlər minalanmışdır. Tikanlı məftil, istehkamlar, əlverişli mövqelər, təpələr, dağlar - bütün bunlar bizim üçün böyük çətinliklər yaradırdı. Ermənistan tərəfi əmin idi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilməyəcək, yaxud da ki, kimsə bizə bu icazəni verməyəcək. Onlar səhv etdilər və Azərbaycan xalqı bir daha bütün dünyaya nə qədər böyük xalq olduğunu göstərdi. Bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Yəni bizi irəliyə aparan milli ruhumuz idi.
Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi. Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Əfsuslar olsun ki, mənim sözlərimi eşitmədilər və nəticə etibarilə xalqımız bir yumruq kimi birləşərək döyüş meydanında düşmənin belini qırdı, tarixi ədaləti, ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdi.
Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı.
O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, “Qarabağ Azərbaycandır və nida”. O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur.
Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq.
İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik.
Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar.
Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub. Çünki biz hər gün şəhidlər verirdik, hər gün qan tökülürdü. Buna baxmayaraq, xalqımız əsl vətənpərvərlik və həmrəylik göstərirdi və xalqdan gələn dəstək mənə Ali Baş Komandan kimi əlavə güc verirdi. Ancaq irəli getdik və bir gün də dayanmadıq, bir gün də geri addım atmadıq, düşməni torpaqlarımızdan qovduq, haqq-ədaləti bərpa etdik, bu gün ərazimiz azaddır və bütövdür.
Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik.
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir.
Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm. Çünki ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, - baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, - iradə göstərdi və mənə dəstək verərək Qələbəmizi şərtləndirdi.
Bu gözəl bayramı qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçiririk. Eyni zamanda, hər birimiz bu yolda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik. Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir.
Azərbaycan xalqına eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun! Yaşasın Azərbaycan!
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Batabat yaylağına qar yağır
Hadisə 11:38Mustafa Ceceli də Bakıya gəlir - konsert verəcək...
Şou-Biznes 05:04Ərdoğan bu gün Azərbaycana gəlir
Siyasət 04:06Hikmət Hacıyev Zəfər Günü münasibətilə PAYLAŞIM edib
Siyasət 02:23Bu gün Şuşanın işğaldan azad olunmasından 6 il ötür
Siyasət 02:02"Qalatasaray"dan dörd qollu qələbə
İdman 01:22Bu gün Azərbaycanda Zəfər Günüdür!
Siyasət 01:02Türkiyədə yük maşını mikroavtobusla toqquşub- 7 ölü var
Dünya 7 Noyabr 23:22Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 7 Noyabr 23:03Ərdoğan və Tramp arasında kritik telefon danışığı - detallar açıqlandı
Dünya 7 Noyabr 22:31Polşada naməlum şəxs insanlara atəş açıb - 6 ölü, 15 yaralı var
Dünya 7 Noyabr 22:21"Araz-Naxçıvan" xal itirdi, "Zirə"dən QƏLƏBƏ
İdman 7 Noyabr 22:02Elektrikli avtomobillər arasında yeni tendensiya yaranıb...
Texnologiya 7 Noyabr 21:52Üzdə vaza və hiyləgər qisas...
Mədəniyyət 7 Noyabr 21:25Liviyada müsəlmanlara Nike məhsullarından istifadə qadağan edilib
Dünya 7 Noyabr 21:06Onların çoxu günə dua ilə başlayırdılar...
Sosial 7 Noyabr 20:52Kreml sökülməli olacaq...
Dünya 7 Noyabr 20:27Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...
İqtisadiyyat 7 Noyabr 20:05Marin Le Pendən Fransanın SSRİ-yə çevriləcəyi barədə xəbərdarlıq...
Dünya 7 Noyabr 19:49Trampın vətəndaşlığını ləğv etmək istədiyi Konqres üzvü...
Dünya 7 Noyabr 19:27“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
Texnologiya 7 Noyabr 19:12Ben Hodjes: Düşünürəm ki, Tramp rüşvət alıb...
Dünya 7 Noyabr 19:07Putinin təsirinə üçqat zərbə...
Dünya 7 Noyabr 18:51Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...
Sosial 7 Noyabr 18:45Əbdül Əl-Sayedin qələbə çıxışının əsas məqamları...
Dünya 7 Noyabr 18:28“Atəşgah” Sığorta Qrupunun rəhbər heyəti Zəfər abidəsini ziyarət edib
Sosial 7 Noyabr 18:16The Economist: Tramp-ın alçaldılması Amerika üçün yeni imkanlar açır
Dünya 7 Noyabr 18:056 ildir Zəfərin Qüruru ilə yaşayırıq
Sosial 7 Noyabr 17:56Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 7 Noyabr 17:42Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumu keçirilib
Siyasət 7 Noyabr 17:13Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
Sosial 7 Noyabr 16:55FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Siyasət 7 Noyabr 15:47Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Siyasət 7 Noyabr 14:48Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır
Siyasət 7 Noyabr 14:43Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Zəfər Gününə həsr olunmuş paylaşım ediblər
Sosial 7 Noyabr 14:37SOCAR Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş videoçarx hazırlayıb
Siyasət 7 Noyabr 14:34Zaur və Günay Baxşəliyevlər Zəfər Günü ilə bağlı çağırış ediblər
Sosial 7 Noyabr 14:32İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Siyasət 7 Noyabr 14:25Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 7 Noyabr 14:21Zəfərə aparan yol: milli iradənin, dövlətçilik strategiyasının və tarixi ədalətin təntənəsi
Siyasət 7 Noyabr 14:14İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Siyasət 7 Noyabr 14:08Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Siyasət 7 Noyabr 13:43ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcək
Siyasət 7 Noyabr 13:30Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib
Siyasət 7 Noyabr 13:03Sabah Azərbaycanda intensiv yağış yağacaq
Siyasət 7 Noyabr 12:59İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
Siyasət 7 Noyabr 12:57Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib
Sosial 7 Noyabr 12:54Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Sosial 7 Noyabr 12:52Saratovda dron hücumundan sonra neft emalı zavodlarından biri yanır(b)...
Dünya 7 Noyabr 12:47Almaniyanın müdafiə naziri Trampı Ukraynaya görə tənqid etdi
Dünya 7 Noyabr 12:39""Siyasi islam" Qərbdə tədricən yüksəlməkdədir" - POLİTOLOQ
Dünya 7 Noyabr 12:16İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Siyasət 7 Noyabr 12:12"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - MİLLƏT VƏKİLİ
Siyasət 7 Noyabr 11:39“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Siyasət 7 Noyabr 11:30Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
Siyasət 7 Noyabr 11:27Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
Siyasət 7 Noyabr 11:23Müşfiqabadda Zəfər Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib
Siyasət 7 Noyabr 10:52ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8-9-da işləməyəcək
Siyasət 7 Noyabr 10:31Azərbaycanın İndoneziyadakı səfirliyində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Siyasət 7 Noyabr 10:28İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
Təhsil 7 Noyabr 10:24Fərqlilik mütləq nəzərə alınmalıdır - FOTO
Sosial 7 Noyabr 10:16Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
Siyasət 7 Noyabr 09:19SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
İqtisadiyyat 7 Noyabr 09:17Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 7 Noyabr 09:07Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
İqtisadiyyat 7 Noyabr 09:04Fransada 70 min polis səfərbər olundu - bugünkü aksiyaya görə..
Dünya 7 Noyabr 04:22ABŞ İrana görə 8 Kanada şirkətinə sanksiya tətbiq etdi
Dünya 7 Noyabr 04:06Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9037
0,00%
-
GBP
2,2834
0,00%
-
RUB
2,0840
0,00%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



