SOCAR Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş videoçarx hazırlayıb

SOCAR Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş videoçarx hazırlayıb

Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xüsusi videoçarx hazırlayıb.

SİA xəbər verir ki, videoçarxda Qarabağda yenidən canlanan həyat, insanların sevinc dolu anları və Azərbaycan bayrağının əzəmətlə dalğalanması əks olunub.

SOCAR paylaşımında Zəfər Gününü təbrik edərək bildirib ki, qələbənin rəngləri Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə və dalğalanan bayrağımızda öz əksini tapır.

Qeyd edək ki, videoçarx SOCAR-ın Facebook, Instagram, X, LinkedIn, Telegram, Threads və YouTube hesablarında yayımlanıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə