Mətləb Salahov: "Tarixin ironiyasına baxın ki, V. Zelenskini siyasi səhnədən silmək barədə bəyanatlar verən D.Trampın özü hazırda ciddi daxili gərginliklə üz-üzə qalıb"
“Əvvəla ondan başlayaq ki, Donald Tramp Administrasiyası İrandakı müharibə fiaskosundan sonra, itirilmiş beynəlxalq nüfuzunu bərpa etmək və dünya siyasətinə hökmranlıq edən supergüc imicini geri qaytarmaq üçün bütün diqqətlərini Ukrayna böhranına yönəltmişdi. Bir haşiyə çıxım ki, D.Tramp ikinci dəfə hakimiyyətə qayıdışından dərhal sonra ilk işinin Ukrayna məsələsi olacağını bəyan etmişdi. Lakin sonradan daha çox dünyadakı münaqişələri həll edən "qəhrəman xilaskar" və ABŞ-ın maraqlarından daha çox öz şəxsi sərvətlərini artırmaq üçün fəaliyyət göstərdiyindən Ukrayna böhranı bir müddət arxa plana keçdi. İndi isə İranda korlanmış imicini bərpa etmək üçün yenidən bu məsələyə qayıtsa da artıq vəziyyət onun istədiyi kimi getmir. Çünki nə Ukrayna rəhbərliyi onun canfəşanlıqlarına və şərtlərinə məhəl qoymur, nə də ABŞ daxilindəki siyasi mövqeləri yenidən onu "sülh göyərçini" göstərməyə imkan vermir.“
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, bir neçə gün öncə ABŞ-dakı ara seçkilərində Demokratlara uduzan D. Tramp və tərəfdarları üçün qarşıdakı müddət olduqca ağır keçəcək. Bu həm daxili siyasət həm də xarici siyasət faktorunda özünü göstərəcək. Əsasən də artıq bir sıra məsələlər barədə hazırkı ABŞ Administrasiyasının qərarları Senat və Nümayəndələr Palatasında veto ilə üz-üzə qalacaq.
SİTAT: "Çünki ən son nəticələrə görə, 435 yerlik Nümayəndələr Palatasında demokratlar 251, respublikaçılar isə 155 mandat əldə ediblər. Bununla da demokratlar Nümayəndələr Palatasında yarıdan çox mandat əldə edərək, üstünlüyü tam təmin ediblər. Çox güman ki, Demokratlar bundan sonra fəal şəkildə D.Tramp Administrasiyasının xarici siyasət barədəki qərarlarını kəskin şəkildə veto edəcəklər. Bu isə o deməkdir ki, noyabrın 11-də Əbu Dabidə gözlənilən Ukrayna danışıqlarına və nəticələrə ümid də olduqca zəifdir. Tarixin ironiyasına baxın ki, V.Zelenskini siyasi səhnədən silmək barədə bəyanatlar verən D.Trampın özü hazırda ciddi daxili gərginliklə üz-üzə qalıb. Mən düşünürəm ki, noyabrın 11-də Əbu Dabuda gözlənilən görüş həttda təxirə salınmasa belə, bu görüşün Ukrayna böhranına müsbət mənada təsir edəcək heç bir nəticəsi olmayacaq. Çünki Respublikaçıların ABŞ siyasətindəki son məğlubiyyəti Trampın dünya siyasətindəki qaba şəklindəki "ağalığına" da təsir edib. Ukraynalıların Vladimir Putinin xeyrinə olan ABŞ şərtlərinə "hə" deməsi mümkünsüz gözləntidir."
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB