Britaniya sualtı qayıqlara texniki xidmət üçün 11,4 milyard dollar ayıracaq- QƏRAR

Britaniya sualtı qayıqlara texniki xidmət üçün 11,4 milyard dollar ayıracaq- QƏRAR

Böyük Britaniya hökuməti sualtı qayıqlara texniki xidmət sisteminin təkmilləşdirilməsi üçün "Babcock" müdafiə sənayesi şirkəti ilə 8,7 milyard funt sterlinq (11,4 milyard dollar) məbləğində müqavilə bağlayıb.

Şirkətin tarixində ən böyük müqavilə ilə bağlı Böyük Britaniya Müdafiə Nazirliyindən qeyd edilib ki, investisiyalar sualtı qayıqlara texniki xidmət müddətini qısaltmağa, onların yenidən xidmətə qayıtmasını sürətləndirməyə və ölkənin nüvə çəkindirmə potensialını gücləndirməyə imkan verəcək.

Müdafiə idarəsinin rəhbəri Ues Stritinq bəyan edib ki, digər idarələrə ayrılmış vəsaitlərin yenidən bölüşdürülməsi tələb olunsa belə, hökumət nüvə çəkindirmə potensialının inkişafına və ölkənin döyüş hazırlığının artırılmasına prioritet diqqət yetirmək niyyətindədir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə