Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib

Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib

ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte müdafiə xərcləri, silah istehsalı ilə bağlı məsələləri, eləcə də beynəlxalq vəziyyəti müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Donald Tramp özünün “Truth Social” hesabında paylaşaraq bildirib.

Onun sözlərinə görə, Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən görüş məhsuldar olub. Danışıqlarda Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə əsas müzakirə mövzuları olub.

Tərəflər həmçinin Haaqa və Ankarada keçirilən sammitlərdə ABŞ və NATO-nun əldə etdiyi nəticələri müzakirə ediblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə