"Kart məlumatlarının təhlükəsizliyi üçün sıfır etibar prinsipi vacibdir" - İKT ÜZRƏ MÜTƏXƏSSİS

"Kart məlumatlarının təhlükəsizliyi üçün sıfır etibar prinsipi vacibdir" - İKT ÜZRƏ MÜTƏXƏSSİS

"Kart məlumatlarının oğurlanması bu gün daha çox texniki zəiflikdən çox, sosial mühəndislik yəni insanın aldadılması üsulu ilə həyata keçirilir. Ən geniş yayılmış üsullar arasında fişinq (bank, kuryer şirkəti və ya elan saytı adından saxta SMS, e-poçt və ya link); vişinq (zəng vasitəsi ilə kart nömrəsi, CVV kod və SMS təsdiq kodu (OTP) kimi həssas məlumatların ələ keçirilməsi)".

Bu sözləri informasiya təhlükəsizliyi üzrə mütəxəssis Saməddin Qədimov SİA-ya açıqlamasında bildirib.

O, qeyd edib ki texniki üsullar da var ki, xüsusi ilə qeyd etmək olar: "Zərərli proqramlar (bank trojanları) telefona saxta tətbiq və ya link vasitəsilə düşür, SMS-ləri oxuyur və ekranı izləyir. Dələduzlar qurbanı uzaqdan idarəetmə proqramı (AnyDesk, TeamViewer kimi) quraşdırmağa yönəldə bilir. Köhnə üsullar da işləyir: bankomata və ya terminala quraşdırılan skimmer cihazlar kartın maqnit zolağını oxuyur, kiçik kamera isə PIN-i qeyd edir. Bundan başqa, saytlardan sızan məlumat bazaları və saxta QR kodlar da istifadə olunur.

Qorunmaq üçün tövsiyyə edərdim ki,
“Sıfır etibar” yanaşması vərdiş halı alsın, həssas ödəniş məlumatları heç kimlə paylaşılmasın və naməlum linklərə keçid olunmasın".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə