"Litva Xəzər regionu ölkələri ilə enerji əməkdaşlığını genişləndirməyə hazırdır" - Kestutis Budris
Litva təbii qaz və neft idxalının həcmini artırmağı hədəfləyir və bu istiqamətdə Xəzər regionu ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
SİA xəbər verir ki, bunu Litva Respublikasının xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanması enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Nazir qeyd edib ki, Litva enerji idxalının artırılması istiqamətində Xəzər regionu ölkələri ilə əməkdaşlığa maraq göstərir. Bu istiqamətdə Azərbaycanın imkanlarının və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB