ABŞ-da quş qripindən ölüm faktı baş verdi - TƏCİLİ

ABŞ-da quş qripindən ölüm faktı baş verdi - TƏCİLİ

ABŞ-ın Vaşinqton ştatında insanların A(H5) quş qripi virusuna laboratoriya tərəfindən təsdiqlənmiş 3 yoluxma halı qeydə alınıb, onlardan biri ölümlə nəticələnib. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ABŞ hakimiyyəti 2026-cı il oktyabrın 16-dan noyabrın 4-nə olan dövrdə baş vermiş yoluxma halları barədə ÜST-ə məlumat verib.

Qeyd olunub ki, bu, yoluxmuş mal-qara və ya onunla əlaqəli mühitlə təmas nəticəsində insan ölümü ilə nəticələnən ilk haldır.

Xəstələnən hər üç şəxs əvvəllər iribuynuzlu mal-qarada yüksək patogenli A(H5N1) quş qripi virusunun aşkar edildiyi Yakima dairəsindəki süd fermalarının işçiləridir.

Hazırda mütəxəssislər yoluxma şəraitini müəyyənləşdirməyə və xəstələrlə təmasda olanların müayinəsini davam etdirirlər. Virusun insandan insana ötürülməsinə dair sübutlar hələ aşkarlanmayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə