"Sülh gündəliyinin irəliləməsi humanitar məsələlərin həllindən də asılıdır" - POLİTOLOQ
₺Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi yalnız siyasi razılaşmaların əldə olunması ilə deyil, həm də uzun illər həllini tapmamış humanitar məsələlərə aydınlıq gətirilməsi ilə birbaşa bağlıdır. Xüsusilə Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş minlərlə azərbaycanlının taleyinin hələ də naməlum qalması sülh prosesinin mənəvi və humanitar ölçüsünü ön plana çıxarır".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, sülh yalnız dövlətlər arasında imzalanan sənəd deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın bərpası prosesidir. İtkin düşmüş şəxslərin ailələrinin onilliklər ərzində yaxınlarının taleyi barədə məlumat ala bilməməsi ciddi humanitar problemdir:
"Bu baxımdan, Ermənistanın məsələyə münasibəti onun humanitar əməkdaşlığa və qarşılıqlı etimadın formalaşdırılmasına nə dərəcədə hazır olduğunu göstərən mühüm amillərdən biri olacaq.
Ermənistan tərəfi ilk növbədə müharibə dövrünə aid arxiv sənədlərinin, əsir götürülmüş şəxslərlə bağlı məlumatların, mümkün kütləvi məzarlıqların və dəfn yerlərinin koordinatlarının müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atmalıdır. Eyni zamanda, müvafiq hərbi strukturların sərəncamında olan məlumatların araşdırılması, şahid ifadələrinin toplanması və beynəlxalq humanitar təşkilatlarla şəffaf əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Burada əsas məsələ yalnız siyasi bəyanatların səsləndirilməsi deyil, nəticə verən praktik mexanizmlərin yaradılmasıdır. Beynəlxalq humanitar hüququn prinsiplərinə uyğun olaraq, tərəflər itkin düşmüş şəxslərin axtarışı və ailələrinin məlumatlandırılması üçün zəruri tədbirləri görməlidirlər. Ermənistanın əlində olan müvafiq məlumatları təqdim etməsi və axtarış prosesinə real dəstək göstərməsi həm humanitar məsuliyyətin yerinə yetirilməsinə, həm də Azərbaycanla münasibətlərdə etimad mühitinin möhkəmlənməsinə xidmət edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB