Almaniyada 450-dən çox məktəb bomba təhlükəsi ilə üzləşib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, məktublarda "Ölüm Səni Gözləyir" başlığı var idi və eyni mətni ehtiva edirdi.Frayburq polisi məktəblərdən bomba təhdidləri ilə bağlı mesajlar aldığını təsdiqləyib. Mesajları kimin göndərdiyi ilə bağlı araşdırma davam edir.
"Mövcud məlumata görə, ölkə üzrə 450-dən çox məktəbə elektron poçt vasitəsilə təhdidlər göndərilib", - deyə açıqlamada bildirilir.
Məktəblərə göndərilən məktubların mətni eyni idi. Mövzu sətri belə idi: "Səni ölüm gözləyir".Türingiya polisi bildirib ki, müstəntiqlər hazırda təhdidlərin etibarlı olduğuna inanmırlar. Lakin "Cinayət törətməklə hədələməklə ictimai asayişi pozmaq" maddəsi ilə istintaq başlanıb.
Qeyd olunur ki, həmin gün Danimarkanın bir sıra məktəblərinə eyni mövzuda təhdid xarakterli elektron poçtlar daxil olub.
Xatırladaq ki, 11 noyabrda Şotlandiya və Şimali İrlandiyada 700-dən çox məktəbə təhdid dolu e-poçtlar göndərilib . 16 noyabrda isə İtaliyada ən azı 100 məktəbə bomba və zəhər təhdidləri ilə bağlı e-poçtlar göndərilib .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB