Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək.
Bu barədə SİA-ya Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, forumda "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusunda fikir mübadiləsi aparılacaq.
Tədbir zamanı Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının ("Yol xəritəsi") imzalanması nəzərdə tutulur.
Forum çərçivəsində Azərbaycan Milli Məclisinin və Özbəkistan Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB