İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə evdə hazırlanan spirtli içkini qəbul edən 33 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ölüb. Fakla əlaqədar hüquq mühafizə orqanları araşdırma aparır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB