Bu dərmanlar da tibbi sığorta ilə qarşılanacaq

Bu dərmanlar da tibbi sığorta ilə qarşılanacaq

Yüksək qan təzyiqinə görə xəstəxanada palatada yatılı müalicə almayan şəxslərin də bəzi dərman xərclərinin icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulur.

SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bunun üçün xidmətlər zərfinə dəyişiklik layihəsi hazırlanıb.

Apteklərin elektron sistemə qoşulması üçün texniki tapşırıqlar hazırlanıb.

Pasiyentin istifadə etdiyi təzyiq dərmanını sığorta hesabına ala bilməsi həmin preparatın təsdiqlənəcək siyahıya daxil edilməsindən asılı olacaq. Dərmanların adları və növbəti mərhələdə hansı xəstəliklərin əhatə olunacağı hələlik açıqlanmayıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə