ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner növbəti Ukrayna bəyanatı ilə çıxış edib. Donald Trampın kürəkəni bəyan edib ki, ABŞ Ukrayna üçün hər hansı təhlükəsizlik sazişinin NATO nizamnaməsinin 5-ci maddəsinin prinsiplərinə əsaslanacağına Moskvanı inandıra bilib.
Onun sözlərinə görə, Vaşinqton Ukraynaya veriləcək istənilən təhlükəsizlik zəmanətinin daha geniş razılaşmaların tərkib hissəsi olmasından çıxış edir.
SİTAT: "Bilirəm ki, Rusiyada bu konsepsiyaya böyük skeptisizm və inamsızlıqla yanaşırlar, lakin elə bu səbəbdən Avropa və Rusiya arasında dialoqu bərpa etmək vacibdir. ABŞ-nin nöqteyi-nəzərindən nizamnamənin 5-ci maddəsinə bənzər təhlükəsizlik qarantiyalarının təqdim edilməsi həqiqətən çox vacib bir addımdır. Düşünürəm ki, Prezident (ABŞ Prezidenti Donald Tramp-red) Tramp buna açıqdır. Lakin aydındır ki, bu, Amerikanın maraqlarına cavab verməlidir və biz əmin olmalıyıq ki, bu, təhlükəsizliyin təmin edilməsi üçün daha geniş tədbirlər paketinin bir hissəsidir", - o əlavə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB