Ay Maşallah! Yığmamız bu dəfə İraqı məğlub etdi

Ay Maşallah! Yığmamız bu dəfə İraqı məğlub etdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu U-20 yığması bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcən görüş komandamızın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan (U-20) – İraq (U-20) 2:1 (ikinci hissə)
Qol: Nicat Nərimanov, 26. Şahin İbrahimov, 45+3. - Moamel Malik Sabah, 66.

Bütün xəbərlər Facebook səhifəmizdə