Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri Dövlət-Biznes Əməkdaşlığı Forumunda iştirak ediblər
19 noyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minarə Qafarova “Gülüstan” sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən ilk Dövlət-Biznes Əməkdaşlığı Forumunda iştirak ediblər.
Məşğulluq Həftəsi çərçivəsində “İmkanlar və inam” devizi altında keçirilən forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, işəgötürənlərlə dövlət qurumları arasında birbaşa dialoqun və qarşılıqlı etimadın inkişaf etdirilməsi, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığının artırılmasıdır.
Tədbir çərçivəsində, həmçinin əmək bazarında mövcud çağırışların müzakirəsi, aktual məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb və dövlət-biznes tərəfdaşlığının inkişafına xidmət edən birgə fəaliyyət imkanları müəyyənləşdirilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələrinin forumda iştirakı dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və müasir idarəetmə yanaşmalarının öyrənilməsi baxımından əhəmiyyətlidir.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB