Mərkəzi Gömrük Hospitalında AHİK+ platformasının nümayəndələri ilə görüş keçirilib.
16 noyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında AHİK+ platformasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Mühasibatlıq şöbəsinin baş mühasibi Seyfulla Hüseynov, Maliyyə şöbəsinin baş inspektoru Könül Babayeva, Planlaşdırma və marketinq şöbəsinin rəisi Leyla Mustafayeva və AHİK+ platformasının nümayəndəsi Məlahət Musayeva iştirak ediblər.
Görüş çərçivəsində AHİK+ platformasının fəaliyyəti, təqdim etdiyi imkanlar və əməkdaşlarla qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin platformanın iş prinsipləri, istifadə imkanları və əməkdaşların sosial rifahının dəstəklənməsində rolu barədə ətraflı məlumat verilib.
Tərəflər gələcək əməkdaşlığın inkişaf etdirilməsi, əməkdaşların platformanın imkanlarından daha səmərəli istifadəsinin təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.
Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB