Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən bildirilib.
Qeyd olunub ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB