"Hazırda iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir" - ŞƏRH

"Hazırda iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir" - ŞƏRH

"Azərbaycanla Böyük Britaniya arasında münasibətlər artıq yeni mərhələyə qədəm qoyub. Strateji tərəfdaşlıq xartiyasının imzalanması iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə çatdığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əəsdullazadə deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməyə çalışır və bu prosesdə Azərbaycanla koordinasiyalı əməkdaşlığa xüsusi önəm verir:

"Cənab Prezident İlham Əliyevin də Böyük Britaniya ilə siyasi əlaqələrin inkişafına üstünlük verdiyi artıq aydın görünür. Təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi, enerji, iqtisadiyyat və Böyük Britaniyanın regionda Azərbaycanın iştirak etdiyi xüsusi layihələrə verdiyi dəstək strateji tərəfdaşlıq xartiyasının əsas istiqamətləri ilə uzlaşır.

Hesab edirəm ki, mövcud əməkdaşlığın inkişafı gələcəkdə Azərbaycanla Böyük Britaniya arasında daha yüksək müttəfiqlik səviyyəsini nəzərdə tutan yeni müqavilənin imzalanması üçün də zəmin yarada bilər. Hazırda iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə